Aytən Səfərova: “Heç bir kişi bunu bacarmaz, amma...” (VİDEO)
Tarix: 12-03-2015, 08:55 | Çap et
Aytən Səfərova: “Heç bir kişi bunu bacarmaz, amma...” (VİDEO)
Azərbaycanın ən məşhur aparıcılarından biri qadınların qorxularından söz açıb.

ANS PRESS-in məlumatına görə, “Salam, Azərbaycan” səhər proqramının məşhur və sevilən teleaparıcı Aytən Səfərova canlı efirdə hər insanda, xüsusən də qadınlarda müəyyən fobiyaların olduğu ilə bağlı fikirlərini bölüşüb.

Məşhur teleaparıcı heyvanlar içərisində siçanın daha çox qadınlarda qorxu hissi yaratdığını bildirib: “Siçan yeganə heyvandır ki, qadını saniyələr içərisində ən yüksəkliklərə qaldıra bilər. Heç bir kişi, heç bir stimul, heç bir kariyera hamısı mərhələ-mərhələ qaldırır, amma siçan görün necə gücə malikdir ki, onu biz görən kimi elə dırmaşırıq eee hara gəldi: az qala çilçıraqdan yapışırıq”.

Qeyd edək ki, bir zamanlar hamını "Kök altı"na salan aparıcı öz yumor hissi, hazırcavablığı ilə seçilir. O, 1998-ci ildən etibarən ANS telekanalı ilə əməkdaşlıq etməyə başlayıb. O, daha çox "Xəbərçi" və "Kök altı" verlişlərindən tanınmağa, sevilməyə başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net