“Elə müharibələr var ki, sülhdən daha faydalıdır“ - Meyxanaçı Ağamirzə
Tarix: 10-10-2020, 11:21 | Çap et
“Elə müharibələr var ki, sülhdən daha faydalıdır“ - Meyxanaçı Ağamirzə

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Yenisabah.az xəbər verir ki, tanınmış meyxana ustası Ağamirzə məsələ ilə bağlı danışıb.

Söz ustadı sülh tərəfdarı olsa da bəzi müharibələrin sülhdən daha faydalı olduğunu qeyd edib:

"Mən özüm də sülh tərəfdarıyam, arzularam ki, sülh olsun. Amma Həzrəti Əli buyurur, elə müharibələr var ki, faydası sülhdən daha çoxdur. Allah bizim ordumuza güc versin. Yaşasın Azərbaycan!"




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net