“Anam əməliyyata sağlam girib, bu vəziyyətdə çıxdı” - İnsult keçirən aktrisanın qızı
Tarix: 28-07-2020, 17:00 | Çap et

Aktrisa Samirə Cavanşir bir neçə gün əvvəl plastik əməliyyat etdirib. Əməliyyatdan sonra isə sənətçi insult keçirib. Başqa bir klinikaya yerləşdirilən Samirə danışa və hərəkət edə bilmirdi.

Aktrisanın qızı Axşam.az-a açıqlama verərək, anası ilə bağlı bəzi məqamlardan danışıb. O bildirib ki, S.Cavanşiri tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun xanımı Nərgiz Əhmədova əməliyyat edib:

“Əməliyyatdan əvvəl anam bütün müayinələrdən keçdi, səhhətində heç bir problem yox idi. Elə ona görə də, rinoplastikaya alındı. Prosesi Dilqəm Məhərrəmovun həyat yoldaşı etdi. Bilmirik nədən oldu, amma anam bu əməliyyata sağlam girib, bu vəziyyətdə çıxdı. Bundan əvvəl onun səhhətində heç bir problem yox idi.

Bəlkə də, əməliyyat uzun çəkdi, beyini dözmədi. Hər şeyi ekspertizanın cavabından sonra biləcəyik. Bunu etmək üçün anam sağalmalıdır”.

Övladı əlavə edib ki, hazırda aktrisa az-az hərəkət edir:

“Min şükür, getdikcə yaxşılaşır. Yeriyə bilmir. Əvvəl nə deyirdik, “hə-hə” deyirdi. İndi isə istədiyini izah edə bilir. Düzdür, sözlərini anlamaq çətindir. Sağtərəfi iflic olmuşdu. İndi bir az ayağını tərpədir. Yaxşılaşır”.

Qeyd edək ki, plastik cərrah N.Əhmədova eyni zamanda kosmetoloq kimi də tanınır.

Onu da əlavə edək ki, aktrisanın qızı anasının burun əməliyyatı keçirdiyini desə də, onun liposaksiya olunduğu xəbəri yayılmışdı.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net