Günay Musayevadan etiraf: “Sevgilimi bıçaqladım...”
Tarix: 25-06-2020, 09:57 | Çap et
Günay Musayevadan etiraf: “Sevgilimi bıçaqladım...”

Sevgilisini bıçaqlamaqda ittiham edilən Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ifadə verib.

Sabah.com məlumat verir ki, G.Musayeva ilə sevgilisi Taha Tatlıcı arasında martın 19-da münaqişə baş verib


Altı yaşlı oğlu qorxub ağlayanda G.Musayeva stolun üstündəki bıçağı götürərək, sevgilisinə hücum edib. Xəstəxanaya yerləşdirilən T.Tatlıcının polisə şikayətinə əsasən Musayeva barəsində cinayət işi başlanıb. Məhkəmənin birinci iclasında iştirak etməyən modelin saxlanılmasına qərar verilib.

İkinci məhkəmədə hakim qarşısına çıxarılan G.Musayeva ifadəsində münaqişə zəminində T.Tatlıcını qolundan yaraladığını, hadisədən sonra barışdıqlarını bildirib.

Məhkəmə növbəti prosesə qədər təxirə salınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net