Müğənni Alişan xanımı və oğlu ilə birlikdə dəhşətli qəzaya düşdü - FOTO
Tarix: 24-06-2020, 17:45 | Çap et

Alişan olaraq tanınan türkiyəli məşhur müğənni Serkan Burak Tektaş qəzaya düşüb.

“Hurriyet”in məlumatına görə, yol-nəqliyyat hadisəsi İzmir - İstanbul yolunda baş verib. İfaçının olduğu “Jeep”in oxu qırılıb, nəticədə, avtomobil maneəyə çırpılaraq, çevrilib və 30 metr sürüklənib.
Müğənni Alişan xanımı və oğlu ilə birlikdə dəhşətli qəzaya düşdü - FOTO
Xoşbəxtlikdən, Alişan, xanımı Buse Varol və iki yaşlı oğlu Burak qəzadan xəsarətsiz xilas ola biliblər. Uşağın əcnəbi dayəsi isə təcili yardımla xəstəxanaya yerləşdirilib.

Jurnalistlərə verdiyi açıqlamada ifaçı qəza zamanı əvvəlcə nə baş verdiyi anlamadığını bildirib: “Böyük şok keçirdik, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəzaya düşürəm, veriləcək sədəqəmiz varmış. Sonradan gördük ki, avtomobilin arxa oxu qopub. Belə bir avtomobilin oxu necə qırıla bilər, təəccüb edirəm. Böyük şok yaşadıq”.

Müğənni Alişan xanımı və oğlu ilə birlikdə dəhşətli qəzaya düşdü - FOTO














Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net