“Avroviziya-2021”in final tarixləri bəlli oldu
Tarix: 15-06-2020, 16:55 | Çap et
“Avroviziya-2021”in final tarixləri bəlli oldu

2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final tarixləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, “Ahoy” konsert zalının arenasında təşkil olunacaq yarışmanın birinci yarımfinalı may ayının 18-i, ikinci yarımfinalı 20-si, böyük final isə 22-də baş tutacaq.

Ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində müğənni Samirə Əfəndi təmsil edəcək.

Qeyd edək ki, “Avroviziya 2020” mart ayının 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Müsabiqənin təşkilatçıları iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək yarışmadakı nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqqında məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net