Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
Tarix: 8-06-2020, 09:53 | Çap et
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO

ABŞ-da Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyalarına bir çox məşhurlar qoşulub.

“HaberGlobal”ın məlumatına görə, dünya şöhrətli ulduz Madonna da “Ədalət yoxdursa, sülh də yoxdur” şüarı ilə keçirilən aksiyalara qoşulub.

Onun Londonda keçirilən aksiyalara qoşulması böyük diqqət çəkib. Müğənninin qoltuq dəyənəkləri ilə aksiyaya dəstək verməsi marağa səbəb olub.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net