Emin “Jara” ilə bağlı açıqlama yayıb
Tarix: 26-05-2020, 22:49 | Çap et
Emin “Jara” ilə bağlı açıqlama yayıb

Xalq artisti Emin Ağalarov “Jara” beynəlxalq festivalı barədə açıqlama yayıb.

Axşam.az xəbər verir ki, o, tədbirin keçirilmə vaxtı barədə yazıb.

Bildirilib ki, festival 29 iyul- 2 avqust tarixində reallaşacaq. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-cu illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq.

İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.

1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.

Qeyd edək ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net