İlhamə Quliyevanın bacısı: “Orxana ev və maşın verməyə hazır idik”
Tarix: 23-01-2018, 15:08 | Çap et
İlhamə Quliyevanın bacısı: “Orxana ev və maşın verməyə hazır idik”
Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində açıqlamalar edib.

O, xalq artisitinin mahnısını ifa edən müğənnilərin onlardan icazə almadığını bildirib:

“Mahnılar İlhamə xanımın adına layiq ifa edilməlidir. Şəxsən mənə və ailəmizə bəstələrin oxunması ilə bağlı müraciət olunmayıb”.

G.Quliyeva mərhum sənətkarın oğlu Orxanla aralarında baş verən məsələlərdən də danışıb:

“Orxanı evimə dəvət etmişəm. İlk gündən ona dedim ki, məhkəmələrdən ayağını çək. Onsuzda dövlət səni qanuni qəbul etməyəcək. Çünki İlhamə sağlığında sənin onun oğlu olduğunu sənədləşdirməyib və qəbul etməyib. Yəni, sən onun oğlu və varisi deyilsən. Ona görə də bizim yanımızda ol və qanunla bizə nə verilsə ordan sənə də pay düşəcək. Orxana İlhamə xanımdan qalan bir evi və maşını pay verəcəyimizi də dedik”.

O, həmçinin mirasın kimlər arasında bölündüyünə də aydınlıq gətirib:

“İlhamə xanımın bir şəhid qardaşı olub. Bundan başqa da bir bacımız dünyasını dəyişib. Onların ailələrinə həmin mirasdan pay verilib. Biz heç vaxt İlhamənin rəhmətə getməsini güdməmişik. Bizi dövlət qəbul edib və varis olmuşuq”.




Önceki Sonraki
Yukarı


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net