Xalq şairi müğənninin toyundan danışdı
Tarix: 18-04-2016, 09:08 | Çap et
Xalq şairi müğənninin toyundan danışdı
Xalq şair Sabir Rüstəmxanlı ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, şair övladları haqqında verilən sualı belə cavablandırıb:

"Dörd övladım var: 2 qız, 2 oğlan. Üçü ailəlidir, övladları var. Beş nəvəm var. Balaca qızım Aydan efirdə olub, ailəmizdən çəkilən verilişlərdən izləyənlərə tanışdır. Aprelin 25-də toyu olacaq".

Aparıcı Günay Firudinqızının övladını müğənni Elçin Cəfərova ərə verməsi ilə bağlı "Niyə müğənni ilə ailə qurmasına icazə verdiniz?" sualını Sabir Rüstəmxanlı qızının seçimi ilə izah edib:

"Uşaqlarımın seçiminə hörmətlə yanaşmışam. Onun həyatıdır, müdaxilə edə bilmərəm. Əlbəttə hər ata və ananın uşaqla bağlı düşüncəsi olur. Amma Allahın yazısına heç nə deyə bilmərdim".

Qeyd edək ki, 15 apreldə Sabir Rüstəmxanlının qızı Aydanın "Su sonası" şadlıq sarayında qız toyu olub. Mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, Türkiyədən nüfuzlu qonaqlar da iştirak edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net