Aytac: “Bu şəhərdən get” - Video
Tarix: 2-02-2016, 08:50 | Çap et
Aytac: “Bu şəhərdən get” - Video
Müğənni Aytac Vidadiqızı Türkiyədə reallaşan ilk layihəsini təqdim edib.

Axar.az xəbər verir ki,müğənninin “Bu şəhərdən get” adlı mahnısına çəkilən klip Türkiyədə “Aybars foto film” şirkəti tərəfindən lentə alınıb. Klipin rejissoru Zəfər Qarakirazdır.

Klip haqda danışan Aytac Vidadiqızı Türkiyə şou-biznesinə daxil olmağa iddialı olduğunu da deyib:

“Bu mənim xaricdə reallaşan ilk klipim olmasa da, Türkiyədə ilk işimdir. Türkiyədə müğənnilərlə əməkdaşlıq edəcəyəm. Artıq bir mahnımı türk müğənni Linetə təqdim etmişəm. Bir neçə müğənni də var ki, mahnımı ifa etmək üçün mənə müraciət edib. Hazırda danışıqlar gedir. Hər kəsə mahnı hədiyyə edə bilmərəm”.

Qeyd edək ki, “Bu şəhərdən get” klipinin montaj işləri Elnar Haşımova aiddir. Mahnının sözləri Aqil Əsədov, musiqisi isə Arif Səlimova məxsusdur.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net