Ana Sayfa > Manşet > Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR

Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR


12-01-2021, 17:23. Yazar: admin
Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra dövlət qarşısında köçkünlərin öz-dədə baba torpaqlarına qayıtması prioritet məsələdir. Buna görə sosial proqramlar hazırlanır, köçkünlərin qayıdışı ilə bağlı münbit zəmin yaradılır.

Bu məqsədlə düşmən işğalından azad edilən ərazilərdə infrastruktur yaradılır, yollar çəkilir.

Paralel olaraq qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq qarşıya vəzifə olaraq qoyulub.

Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı hökumət qarşısında tapşırıqlar qoyub.

Dövlət başçısı iclasda işğaldan azad olunmuş ərazilərin bərpası, minadan təmizlənmə və digər məsələlərdən danışıb.

Məlumat üçün deyək ki, Vətən müharibəsi zamanı təcavüzkar Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində 9 mindən çox ev dağıdılıb.

Prezident bildirib ki, həmin evlərin bərpası əsas vəzifələrdən biri olmalıdır və bu məsələ də qısa müddət ərzində öz həllini tapmalıdır. Bu məqsədlə çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılıb.
Geri dön