Ana Sayfa > Manşet > Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək28-11-2020, 05:31. Yazar: admin |
Bu gündən noyabrın 30-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərara əsasən, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb. Geri dön |