Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib
Tarix: 23-02-2021, 12:13 | Çap et
Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib

Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Birinci oxunuşda Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olması, kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddətinin 1 il artırılması təklif edilmişdi.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net