"3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” - GİLEY
Tarix: 18-01-2021, 13:11 | Çap et
"3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” - GİLEY

Samux rayonu, Sarıqaya kənd sakini Əlvanə Allahverdiyeva bildirir ki, onun sənədlərini sistemə daxil edərkən, məlumatları düzgün yerləşdirməyiblər. DİA.AZ narazı vətəndaşın şikayətini təqdim edir:

“Bütün lazımi sənədləri toplayıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) VEMTAS saytına göndərdim. İmtina cavabı gəldi ki, adıma olan “pay torpaq” sistemə daxil edilməyib. Nazirliyin 142 “Çağrı Mərkəzi”nə zəng edib bütün sənədlərı – çıxarışlar, VÖEN, SUN-si hər birinin sistemə daxil edildiyini bildirdim. Nazirliyin əməkdaşı sistemi yoxlayıb bildirdi ki, sənədlər qaydasında göndərilib. Ancaq Dövlət Sosial Müdafiə Fondu pay torpağın sənədlərini sistemə daxil edərkən məlumatları düzgün yerləşdirməyib, ona görə də mənə imtina cavabı gəlib. 3 azyaşlı uşaqla pensiya ilə dolanıram.”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net