Oqtay Şirəliyev: “Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir”
Tarix: 18-01-2021, 11:43 | Çap et
Oqtay Şirəliyev: “Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir”

"Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Həmçinin kifayət qədər effektlidir. Vacibdir ki, hər vaksindən sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net