Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib
Tarix: 22-11-2020, 16:08 | Çap et
Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 93 094 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstə sayı 28 122 nəfərdir.

Ölkədə son sutka ərzində 15 175, hazırkı dövrədək isə 1607 455 test aparılıb.




Xəbərlər
 
 
 
25-11-2020 23:28
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net