Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb
Tarix: 18-11-2020, 21:33 | Çap et
Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müqavilə Azərbaycanın xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.

"İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib", - deyə T. Mirkişili qeyd edib.




Xəbərlər
 
 
 
25-11-2020 23:28
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net