Hikmət Hacıyev: "Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir"
Tarix: 21-10-2020, 10:18 | Çap et
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir"
Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

- Tərtər - 423 mərmi

- Ağdam - 49 mərmi

- Ağcabədi - 24 mərmi

- Goranboy - 2 mərmi

- Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net