Ərdoğan: “Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”
Tarix: 28-09-2020, 15:28 | Çap et
Ərdoğan: “Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net