Koronavirusla mübarizə üçün Rusiyadan ölkəmizə mütəxəssislər gələcək
Tarix: 10-07-2020, 05:10 | Çap et
Koronavirusla mübarizə üçün Rusiyadan ölkəmizə mütəxəssislər gələcək

Rusiyalı mütəxəssislər koronavirusla mübarizə üçün Azərbaycana göndəriləcək.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu barədə "Rusiya-24" telekanalına müsahibəsində bildirib. O deyib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də tələb olunur.

Rusiyalı həkimlər artıq italyan, qırğız həmkarlarına virusla mübarizədə kömək ediblər. Nazir qeyd edib ki, tezliklə həkimlərin Azərbaycana səfəri də planlaşdırılır.

"Əlbəttə, biz yaxın dostlara xüsusilə hərtərəfli yardım göstəririk", - deyə o, əlavə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net