Enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradılacaq
Tarix: 20-10-2020, 19:15 | Çap et
Enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradılacaq

Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi hazırda baxılmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir vurğulayıb ki, qanunun qəbulu müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradacaq. Bununla yanaşı, ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələri və ev təsərrüfatlarında səmərəliliyin təmin edilməsinə yönəlib: “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanması da davam etdirilir. İlk dəfə olaraq hazırlanan və 2050-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədində elektroenergetika, qaz təchizatı, istilik təchizatı, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrindən istifadə, aşağı karbon tutumlu nəqliyyat kimi sahələr əks olunmuş və müxtəlif ssenarilər üzrə energetika sektorunun strateji inkişaf istiqamətlərinin təhlili aparılıb. Qanunvericilik bazasının formalaşdırılması çərçivəsində “Energetika haqqında” və “Qaz təchizatı haqqında” qanunların yeni layihələri də hazırlanmaqdadır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net