Ana Sayfa > İdman > “Qarabağ” İstanbulda "Vilyarreal"la qarşılaşacaq

“Qarabağ” İstanbulda "Vilyarreal"la qarşılaşacaq


29-10-2020, 04:07. Yazar: admin


Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Avropa Liqasının qrup mərhələsində ikinci sınağına çıxacaq.

İ qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri II turun matçını “Vilyarreal”a qarşı keçirəcək. Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olacaq.

Lakin İspaniya klubu ilə qarşılaşma Azərbaycanda deyil, Türkiyədə baş tutacaq. Buna Dağlıq Qarabağda baş verən hadisələr səbəb olub.
“Qarabağ” İstanbulda "Vilyarreal"la qarşılaşacaq
Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sini Kiprdə qəbul edən “Qarabağ” bu dəfə qardaş ölkədə oynayacaq. Ağdamlılar qrupun favoriti sayılan Vilyarrealın eyniadlı təmsilçisi ilə görüşə ilk xal üçün çıxacaq.

Ötən həftə İsraildə Təl-Əviv “Makkabi”sinə bərabər mübarizədə minimal hesabla uduzan Qurbanovun komandası La Liqa təmsilçisini büdrətməyə köklənib. Türkiyə “Sivasspor”unu məhsuldar oyunda 5:3 hesabı ilə yenən Unay Emerinin yetirmələri ikinci qələbə iddiasında olsa da, “Qarabağ” rəqibin müdafiəsindəki problemlərdən yararlanmağa çalışacaq.

İspaniyalıların doğma meydandan kənarda yaxşı təsir bağışlamaması və kifayət qədər qol buraxması da Qurbanovun komandasının işinə yaraya bilər. Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda mübarizə aparan ağdamlılar ilk dəfə bu səddi adlamaq arzusundadır. Bunun üçün iddialı rəqibdən alınan xal böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, “Başakşəhər” klubuna məxsus Fatih Terim stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, II tur
İ qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. Başakşəhər Fatih Terim Stadionu
Geri dön