Ana Sayfa > İdman > Ronaldu "Yuventus"da yeni rekorda imza atdı
Ronaldu "Yuventus"da yeni rekorda imza atdı8-08-2020, 10:43. Yazar: admin |
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu komandada mövsüm üzrə qol sayında rekorda imza atıb. "Report" xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/8 finalının Fransa “Lion”u ilə cavab matçında dubl edib. Beləliklə, Ronaldu mövsüm ərzində qollarının sayını 37-yə çatdırıb. Bu göstərici klub rekordu olub. Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. 1925/1926 mövsümündə bu rekorda Ferens Xirzer imza atıb. O, 35 qol vurub. "Yuventus" cavab görüşündə "Lion"a 2:1 hesabı ilə qalib gəlib, ancaq ilk matçda 1:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi növbəti mərhələyə səfər qolu qaydası ilə yüksəlib. Bununla da Ronaldu son 10 ildə ilk dəfə Çempionlar Liqasının 1/4 final mərhələsindən kənarda qalıb. Bunadək ulduz futbolçu 2010-cu ildə İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt komandası elə "Lion" səddini keçə bilməyib - 1:1, 0:1. Geri dön |