Ana Sayfa > İdman > Avropa Liqasında 4 oyun keçiriləcək

Avropa Liqasında 4 oyun keçiriləcək


5-08-2020, 02:46. Yazar: admin
Avropa Liqasında 4 oyun keçiriləcək

Bu gün avrokuboklarda 5 aylıq fasilə başa çatır.

Apasport.az saytının məlumatına görə, martda koronavirus pandemiyası üzündən dayandırılan Avropa Liqasında 1/8 final mərhələsində 4 oyun keçiriləcək.

Bəlli olacaq 1/4 finalçılardan üçü cavab matçından sonra bilinəcək. Bunlar martın 12-də ilk oyununu keçirən cütlərdə bilinəcək.

Mübarizəni davam etdirən yeganə Türkiyə təmsilçisi “Başakşəhər” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbullular evdə əldə etdiyi minimal üstünlüyü qorumağa iddialıdır.

İlk oyunda Almaniyadan qalib dönən “Şaxtyor” “Volfsburq”u qəbul edəcək. Bundesliqa klubu Ukraynada mərhələ adlamaq üçün ən azı 2 qol vurmalıdır.

İngiltərənin “Mançester Yunayted” klubu üçün cavab görüşü formal xarakter daşıyır. Səfərdə LASK-ı darmadağın edən Premyer Liqa klubu özünü 1/4 finalda hiss edə bilər.

Günün bir matçında isə oyun neytral meydanda keçiriləcək. Bu, ilk görüşü baş tutmayan “İnter” – “Xetafe” duelidir. Komandalar 1/4 finalçının adına Almaniyadakı tək qarşılaşmada aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/8 finalın son 4 oyunu avqustun 6-da keçiriləcək.

Avropa Liqası
1/8 final

5 avqust
Cavab oyunları

20:55. “Kopenhagen” (Danimarka) - “Başakşəhər” (Türkiyə)
Baş hakim: Daniele Orsato (İtaliya)
Kopenhagen. “Parken” stadionu
İlk oyun – 0:1

20:55. “Şaxtyor” (Ukrayna) - “Volfsburq” (Almaniya)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 2:1

23:00. “Mançester Yunayted” (İngiltərə) - LASK (Avstriya)
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 5:0

Tək oyunlu cüt

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Helzenkirhen. “Veltins Arena”
Geri dön