Ana Sayfa > İdman > La Liqada mövsümün başlama və başa çatma vaxtı bilinib

La Liqada mövsümün başlama və başa çatma vaxtı bilinib


4-08-2020, 17:51. Yazar: admin
La Liqada mövsümün başlama və başa çatma vaxtı bilinib

İspaniya La Liqasında yeni mövsümün vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü sentyabrın 12-də start götürəcək.

Bu, öncədən planlaşdırılan tarixdən təxminən bir ay gecdir. Öncədən yarışın avqustun 8-də başlaması nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası buna mane olub.

La Liqada yeni mövsüm 2021-ci il mayın 23-də başa çatacaq.
Geri dön