Ana Sayfa > İdman > İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı açıqlandı
İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı açıqlandı24-07-2020, 17:55. Yazar: admin |
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsümün başlayacağı tarix bəlli olub. "Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 2020/2021 mövsümü sentyabrın 12-də start götürəcək. Çempionata gələn il mayın 23-də yekun vurulacaq. Qeyd edək ki, hazırkı mövsüm iyulun 26-da bitəcək. Çempion adını 30 ildən sonra "Liverpul" qazanıb. Geri dön |