Ana Sayfa > İdman > "Zenit" 6 qat Rusiya çempionu oldu

"Zenit" 6 qat Rusiya çempionu oldu


6-07-2020, 00:07. Yazar: admin

"Zenit" 6 qat Rusiya çempionu oldu
"Zenit" klubu Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub.

"Report"un məlumatına görə, Sankt-Peterburq təmsilçisi buna XXVI turda "Krasnodar" üzərində 4:2 hesablı qələbə sayəsində nail olub. Sergey Semakın baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik "Lokomotiv" üçün əlçatmaz olub.

Beləliklə, "Zenit" ardıcıl 2-ci, tarixdə 6-cı dəfə Rusiya çempionluğuna yiyələnib və MOİK-ə çatıb. Ən çox qızıl medallara isə "Spartak" 10 dəfə nail olub.

Qeyd edək ki, 1925-ci ildə yaradılmış "Zenit" 1984-cü ildə SSRİ çempionu, 2008-ci ildə UEFA Kuboku və UEFA Super Kubokunun qalibi olub. Komandanın aktivində 3 dəfə Rusiya Kuboku, 1 dəfə SSRİ Kuboku, 4 dəfə Rusiya Super Kuboku və 1 dəfə SSRİ Super Kuboku da var.


Geri dön