Ana Sayfa > İdman > Messi karyerasında 700-cü qolunu vurub

Messi karyerasında 700-cü qolunu vurub


1-07-2020, 01:54. Yazar: admin

Messi karyerasında 700-cü qolunu vurub
Futbol üzrə Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.

“Report” xəbər verir ki, hücumçu İspaniya La Liqasının 33-cü turunun Madrid "Atletiko"su ilə matçında 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

Qeyd edək ki, hazırda matçın 2-ci hissəsi gedir. “Barselona” 2:1 hesabı ilə öndədir.

Messi "Barselona"da keçirdiyi 724 matçda 630 qol vurub. Onun hesabında həmçinin Argentina yığması heyətində 138 matçda 70 qol var.
Geri dön