Ana Sayfa > İdman > "Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ

"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ


29-06-2020, 18:54. Yazar: admin
"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ

İtaliya "Yuventus"u qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki oyunçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.

Buffon Turin komandasında 2001-ci ildən çıxış edir. O, 2018-ci ilin yayında Fransa PSJ-sinə keçsə də, bir il sonra doğma klubuna qayıdıb. 42 yaşlı qolkiper cari mövsümdə 11 oyunda 9 top buraxıb və 3 qarşılaşmada qapını toxunulmaz saxlayıb.

35 yaşlı Kyellini isə "Yuventus"un heyətində 8 dəfə İtaliya çempionluğu, 3 dəfə ölkə kuboku və 4 dəfə Superkuboku əldə edib.
Geri dön