Ana Sayfa > İdman > “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib


25-06-2020, 15:03. Yazar: admin
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə” klublarının formasını geyinib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini transfer edib.
Geri dön