Ana Sayfa > İdman > “Qarabağ” 3 legioneri ilə vidalaşıb

“Qarabağ” 3 legioneri ilə vidalaşıb


22-06-2020, 12:43. Yazar: admin
“Qarabağ” 3 legioneri ilə vidalaşıb

Daha üç futbolçu Azərbaycan çempionu “Qarabağ”ı tərk edib.

Apasport.az saytının məlumatına görə, bunlar qapıçı Vaqner da Silva və müdafiəçilər Aylton Silva və Faysal Rerrasdır.

Klubdan gedəcəyi gözlənilən legionerlərin “Qarabağ”dan ayrılması bu gün rəsmiləşib. Bunu klub feysbuk səhifəsi vasitəsilə açıqlayıb. Bu üç futbolçudan ikisinin müqaviləsi başa çatıb, Faysal isə anlaşmasının bitməsinə bir il qalmış göndərilib.

Qeyd edək ki, bundan əvvəl Maqaye Qeye de Ağdam klubundan ayrılıb.
Geri dön