Ana Sayfa > İdman > Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək - RƏSMİ

Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək - RƏSMİ


29-05-2020, 13:13. Yazar: admin
Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək - RƏSMİ

MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.

MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.

Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi.

Geri dön