Ana Sayfa > İdman > Qabriele Qravina: “A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır”
Qabriele Qravina: “A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır”29-05-2020, 13:06. Yazar: admin |
“A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır. Mən xoşbəxtəm və nəticədən razıyam”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib. Qurum başçısı koronavirus pandemiyası üzündən dayanan A seriyasının bərpası barədə fikirlərini açıqlayıb: “Bu uğuru idman naziri və federasiyanın bütün subyektləri ilə bölüşürük. Bizim layihə böyük məsuliyyət kəsb edir. Çünki burada A, B, C seriyaları və ümid edirəm ki, qadınların A seriyası daxil olmaqla İtaliyanın bütün peşəkar futbol aləmi iştirak edir”. Qeyd edək ki, daha öncə İtaliyanın idman naziri Vinçentso Spadafora A seriyasının iyunun 20-də bərpa oluna biləcəyini açıqlayıb. Ölkə kuboku isə iyunun 13-20-də başa çatdırılacaq. B seriyasının da ayın 20-də bərpa olunacağı gözlənilir. Geri dön |