Yığma komandalarımızın test nəticələri açıqlandı
Tarix: 25-01-2021, 15:01 | Çap et
Yığma komandalarımızın test nəticələri açıqlandı

Bu gündən Bakıda təlim-məşq toplanışına başlayan 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının üzvlərindən koronavirusla bağlı test götürülüb.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, nəticələr hamıda mənfi çıxıb.

Əsas milliyə gəldikdə, baş məşqçi Canni De Byazinin artıq Bakıda olduğunu söyləyən F.Abdulla italiyalı mütəxəssisin bu gün ölkə kubokunun 1/8 final mərhələsində keçiriləcək "Sabah" - "Kəpəz" matçını canlı izləyəcəyini bildirib.

Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net