Henri Deqlan Qran-Pri turnirində Azərbaycanı 10 sərbəst güləşçi təmsil edəcək
Tarix: 14-01-2021, 15:41 | Çap et
Henri Deqlan Qran-Pri turnirində Azərbaycanı 10 sərbəst güləşçi təmsil edəcək

Yanvarın 15-də Fransanın Nitsa şəhərində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Henri Deqlan Qran-Pri turniri start götürəcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, üç gün davam edəcək ənənəvi yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcəklər. Proqrama əsasən, yanvarın 15-də qadın, 16-da sərbəst, 17-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Yanvarın 14-də sərbəst güləş üzrə yığmamız Qran-Pridə iştirak etmək üçün Fransaya yollanıb. Nitsada ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcəklər.

Yanvarın 15-də sərbəst güləş üzrə bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.

Hazırda İstanbulda təlim-məşq toplanışını davam etdirən yunan-Roma güləşi üzrə millimiz isə Fransaya yanvarın 16-da yollanacaq.

Qeyd edək ki, I kateqoriyalı hakim İntiqam Alıyev Qran-Pridə ədaləti qoruyacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net