Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi
Tarix: 19-11-2020, 17:19 | Çap et
Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi
Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Serbiya təmsilçisi Straxinya Bunçiçlə üz-üzə gəlib.

Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov finala yüksəlib və ən azı gümüş medalı təmin edib.

16:06
Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seydli məğlub edib.

Cüdoçu daha əvvəl Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb.

Bu gün mübarizəyə qoşulan Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) yarışla erkən vidalaşıblar.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net