UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu - RƏSMİ
Tarix: 20-10-2020, 23:08 | Çap et
UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu - RƏSMİ

Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

Belə ki, UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarına qadağa qoyub.

Qərarın təhlükəsizlik naminə qəbul olunduğu deyilir. Bu ölkələrdə keçirilməsi nəzərdə tutulan matçlar üçün neytral meydanlar seçiləcək.

Qəbul olunmuş qərarlarla bağlı ətraflı məlumatla uefa.com saytına daxil olaraq tanış ola bilərsiniz.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net