Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək
Tarix: 12-08-2020, 13:31 | Çap et
Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi U23 və gənclər yığmamızın üzvlərinin Tovuz rayonuna təlim-məşq toplanışına yollanmasına şərait yaradıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək yığma üzvlərimizin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.

Fransa hökümətinin karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak edə bilməyəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net