Çempionlar Liqasında final mərhələsi başlayır
Tarix: 11-08-2020, 19:12 | Çap et
Çempionlar Liqasında final mərhələsi başlayır

Sabah Çempionlar Liqasının 2019/20 mövsümünün Portuqaliyada keçiriləcək final mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq 1/4 final mərhələsinin qarşılaşmaları 4 günü əhatə edəcək.

Sabahdan etibarən hər gün Lissabonda bir oyun baş tutacaq. İlk olaraq “Atalanta” ilə PSJ üz-üzə gələcək. İtaliyanın bu turnirdə yoluna davam edən yeganə komandası favoritlərdən sayılan Paris təmsilçisi qarşısında sensasiya etməyə çalışacaq.

ƏTRAFLI
Azmedia24
1/4 finalın daha bir sürpriz komandası “Leypsiq” bu turnirin son illər təcrübəli klubuna çevrilən “Atletiko” önündə gücünü sınayacaq.

Avqustun 14-də erkən final baş tutacaq. Bu mərhələnin ən çox maraq doğuran duelində İspaniya və Almaniyanın digər komandaları “Barselona” ilə “Bavariya” yarımfinala vəsiqə uğrunda qarşılaşacaq.

Son gündə isə müvafiq olaraq “Real” və “Yuventus”u sıradan çıxaran “Mançester Siti” ilə “Lion” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, cütlüklərdə hələlik ilk iki oyunun hakimləri açıqlanıb.

Çempionlar Liqası
1/4 final
12 avqust
23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Lissabon. “Da Luş” stadionu

13 avuqst
23:00. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lissabon. “Joze Alvelade” stadionu

14 avqust
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Lissabon. “Da Luş” stadionu

15 avqust
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
Lissabon. “Joze Alvelade” stadionu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net