Çempionlar Liqası: Levandovski Ronaldu və Messini qabaqladı
Tarix: 10-08-2020, 15:55 | Çap et
Çempionlar Liqası: Levandovski Ronaldu və Messini qabaqladı

UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu və İspaniya "Barselona"sının forvardı Lionel Messidən üstün olub.

32 yaşlı polşalı hücumçu İngiltərədə "Çelsi"ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net