Messi XXI əsrdə ən çox penalti “qaçıran” futbolçudur
Tarix: 29-07-2020, 13:06 | Çap et
Messi XXI əsrdə ən çox penalti “qaçıran” futbolçudur

XXI əsrdə penalti zərbələrini ən uğursuz yekunlaşdıran futbolçuların siyahısı hazırlanıb.

“Barselona” klubunun kapitanı Lionel Messi son 20 ildə ən çox 11 metrlik cərimə zərbələri “qaçıran” futbolçuların siyahısında birincidir.

“Transfermarkt” xəbər verir ki, argentinalı hücumçu 2000-ci ildən bəri 22 penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Sıralamada ikinci və üçüncü yerləri “Roma”nın sabiq kapitanı Françesko Totti və “Yuventus”un hazırkı forvardı Kriştianu Ronaldu paylaşır. Hər iki futbolçu karyerası ərzində 18 penaltidən yararlana bilməyib.

Siyahının ilk beşliyini italiyalı hücumçu Antonio Di Natele (14 penalti) və Edinson Kavani (13 penalti) qapadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net