KİV: Ronaldu "Yuventus"da qalacaq
Tarix: 13-07-2020, 17:24 | Çap et
KİV: Ronaldu "Yuventus"da qalacaq

İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronaldu komandada qalacaq.

"Report"un məlumatına görə, bu iddianı "Tuttosport" nəşri irəli sürüb.

35 yaşlı hücumçu Turin təmsilçisindəki gələcəyinə şübhə etmir və hazırda klubunu dəyişmək barədə düşünmür. Portuqaliyalı forvard "Yuventus"da qazana biləcəyi tarixi nailiyyətlər haqqında fikirləşir. O, mövsümün sonunda "Qızıl buts" qazanmaq niyyətindədir.

Qeyd edək ki, daha öncə Kriştianu Ronaldunun yay transfer dönəmində "Yuventus"dan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. 2018-ci ilin yayında İtaliya klubuna keçən hücumçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net