"Yuventus" "Atalanta" ilə heç-heçə edib
Tarix: 12-07-2020, 02:15 | Çap et
"Yuventus" "Atalanta" ilə heç-heçə edib

İtaliya A Seriyasının 32-ci turunun matçında "Atalanta" "Yuventus"la qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Turində “Alyans-Yuventus” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata "Atalanta"nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə "Atalanta"nı növbəti dəfə hesabda önə çıxarıb.

"Yuventus" Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb.

"Yuventus" 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında birinci yerə yüksəlib. "Atalanta" isə 67 xal toplayaraq üçüncü yerlə kifayətlənməli olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net