Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Tarix: 7-07-2020, 11:07 | Çap et
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar

Sərhədlər bağlandığı üçün Tailandın Phuket adasında qalan dörd azərbaycanlı MMA döyüşçüsü üçün “yaşıl işıq” yanıb. Artıq onlar Bakıya qayıtmağa hazırlaşırlar.

Bu barədə Oxu.Az-a qrupun rəhbəri və digər üç idmançının məşqçisi Aqşin Babayev məlumat verib.


O bildirib ki, onlar Bakıda karantinə alınmayacaqlar:

“İyulun 1-i günorta saat 1-də İstanbula gəlmişik. Burada bizi karantinə almayıblar. İnşallah, ayın 9-u axşam saat 9-da da Bakıda olacağıq. Vətənə dönəndə bizi karantinə almayacaqlar. Çünki biz burada test verəcəyik. Testimiz neqativ çıxsa, nəticəni göstərib, problemsiz evimizə yollana biləcəyik”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net