“Yuventus” səfərdə qələbə qazanıb
Tarix: 1-07-2020, 02:07 | Çap et
“Yuventus” səfərdə qələbə qazanıb

İtaliya A Seriyasının 29-cu turunun matçında “Cenoa” “Yuventus”u qəbul edib.

“Report”un məlumatına görə, qarşılaşma Genuyanın “Luici Ferraris” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın hesabı ikinci hissəsinin əvvəlində "Yuventus"un hücumçusu Paulo Dibala açıb. O, 50-ci dəqiqədə səhvsiz oynamaqla meydan sahiblərini məyus edib. Bundan 6 dəqiqə sonra digər hücumçu Kriştianu Ronaldu Turin komandasının hesabdakı üstünlüyünü artırıb.

Matçın 73-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.

"Yuventus" 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində 1-ci yer tutur. "Cenoa" 26 xalla 17-ci yerdə qərarlaşıb.




Xəbərlər
04-07-2020 23:13
 
 
 
 
 
 
 
 
04-07-2020 20:37
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net