Koronavirusa yoluxmuş məşhur tennisçi təkrar testdən keçməkdən imtina etdi
Tarix: 30-06-2020, 17:02 | Çap et
Koronavirusa yoluxmuş məşhur tennisçi təkrar testdən keçməkdən imtina etdi

Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviç təkrar koronavirus testi verməkdən imtina edib.

Xəbəri B92.net saytı yayıb.

N.Cokoviç Xorvatiyada təşkil edilən “Adria Tour” tennis turnirində pandemiyaya yoluxmuşdu. Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb.

Həkimlərin məsləhəti ilə N.Cokoviç beş gün sonra yenidən COVID-19 testindən keçməli idi, lakin məşhur tennisçi xəstəliyin asimptomatik keçdiyini əsas gətirərək, ikinci dəfə analiz verməyin mənasız olduğunu bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net