Millimizin iki üzvü nişanlandı
Tarix: 21-06-2020, 14:42 | Çap et
Millimizin iki üzvü nişanlandı
Azərbaycan milli komandasının şərəfini qoruyan iki idmançı nişanlanıb.

Oxu.Az xəbər verir ki, aerobika gimnastikası üzrə yığmamızın üzvü Emil Quliyev və eyni komandanın şərəfini qoruyan, aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının qızıl medalını qazanmış Balaxanım Əhmədova nişanlanıb.

Cütlüyün nişan mərasimi dünən Bakının məşhur restoranlarından birində təşkil edilib. Mərasimdə idmançıların yaxınları ilə yanaşı, milli komandamızın üzvləri də iştirak edib. Balaxanım Əhmədova saytımıza verdiyi açıqlamada bunları deyib:

“Hər kəsin xəyalı sevdiyi insanla ailə qurmaqdır. Bizim də arzumuz budur. İlk addımı atdıq”.




Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net