Dortmund “Borussiya”sı Bundesliqada ikinci yeri təmin edib
Tarix: 20-06-2020, 20:45 | Çap et
Dortmund “Borussiya”sı Bundesliqada ikinci yeri təmin edib

Almaniya Bundesliqasında XXXIII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, sonuncudan əvvəlki turun qarşılaşmaları eyni gündə və eyni saatda başlayıb.

Çempionluğu öncədən təmin edən “Bavariya” evdə “Frayburq”a qalib gəlib. Münhenlilərin iki ən yaxın izləyicisi Leypsiqdə üz-üzə gəlib.

Şəhərin eyniadlı komandasına 2 cavabsız qolla qalib gələn Dortmund “Borussiya”sı ikinci yeri təmin edib. 3-cü yerin taleyinə isə son tur aydınlıq gətirəcək.

Qeyd edək ki, aşağı dəstəyə düşəcək ikinci komanda, həmçinin pley-offun iştirakçısı da son matçlarda bəlli olacaq. XXXIV turun matçları isə iyunun 27-də təşkil olunacaq.

Almaniya Bundesliqası
XXXIII tur
20 iyun
“Bavariya” – “Frayburq” – 3:1
Kimmix, 15, Levandovski, 24, 37 – Hoeler, 33
“Köln” – “Ayntraxt” – 1:1
Kayns, 45 (pen.) – Dost, 73
“Fortuna” – “Auqsburq” – 1:1
Henninqs, 26 – Niderlexner, 10
“Herta” – “Bayer” – 2:0
Kunya, 22, Lukebakio, 54
“Hoffenhaym” – “Union” – 4:0
Bebou, 11, Kramariç, 39, Dabbur, 45, Baumqartner, 68
“Mayns” – “Verder” – 3:1
Quaion, 25, Boetius, 30, Fernandes, 85 – Osako, 55
“Paderborn” – “Borussiya” M – 1:3
Miçel, 54 – Hermann, 4, Ştindl, 54 (pen.), 73
“Leypsiq” – “Borussiya” D – 0:2
Holand, 30, 90
“Şalke” – “Volfsburq” – 1:4
Matondo, 70 – Veqhorst, 16, 56, Mbabu, 59, Viktor, 69





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net