"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu heyətinə qatır
Tarix: 2-06-2020, 09:09 | Çap et
"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu heyətinə qatır

"Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.

"Report" "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.

O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net